Sabahın hava proqnozu açıqlandı
Martın 31-də və aprelin 1-də ölkənin əksər rayonlarında hava isti, yağmursuz keçəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Martın 31-də və aprelin 1-də Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +20, +22 dərəcəyədək yüksələcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): martın 31-də və aprelin 1-də isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +17, +22 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): martın 31-də və aprelin 1-də isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz +17, +22 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): martın 31-də və aprelin 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.