31 
Mar
2024
13:13
113

Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib

Təmizlik işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stephantsminda-Larsi avtomobil yolunun Qudauri (poçt şöbəsi)-Kobi hissəsində qoşqu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək, Qudauri-Kobi hissəsində isə yalnız uçqunlardan mühafizə tunelləri vasitəsilə.

Qoşqulu, yarımqoşqulu və sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş M3 kateqoriyalı, oturacaq yeri 22-dən çox olan (sürücü oturacağı istisna olmaqla) nəqliyyat vasitələrinin tunellərdə hərəkəti bir istiqamətdə həyata keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın