19 
Avq
2020
10:38
2760

DİQQƏT - Sentyabrın 1-dən media və internetdə bunları paylaşmaq məhdudlaşdırılacaq

"1 sentyabrdan media və internetdə uşaqlar üçün təhlükəli məzmunlu məlumatların yayılması məhdudlaşdırılacaq".

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstan parlamentinin insan hüquqlarının müdafiəsi komitəsinin sədri Sopo Kiladze sosial şəbəkədə yazır.

“1 sentyabrdan media və internetdə uşaqlar üçün təhlükəli məzmunlu məlumatların yayılması məhdudlaşdırılacaq. İctimaiyyətimizin böyük hissəsi mənimlə razılaşacaq ki, bu cür məlumatlar uşağın psixalogiyasında ciddi ziyan verə bilər. Uşaq hüquqları kodeksinin dəyişikliklər paketi islahatları və icraçı mexanizmləri nəzərdə tutur. Uşaq üçün təhlükəli olan məlumatlar hansılardır:

Yayım haqda qanunun 56 2 maddəsi:


18 yaşadək azyaşlı üçün məhdudlaşdırılmış proqram ( anons) –un məzmunları;


a) Cinsi aktın, seksual səhnə və ya seksual təcavüz səhnəsinin qrafik
b) Azyaşlının iştirak etdiyi seksual səhnələr
c) Azyaşlı üçün təhlükəli , zorakılıq səhnələri
d) Yaxın görünüşlü təzyiq səhnələri ( elmi- təhsil, tarixi , fantastik və ya komediya janrlarında proqramlardan başqa)
e) Narkotik vasitələrinin istifadə edildiyi, hazırlandığı, anlatıldığı və ya bəraət qazanıldığı səhnələr
f) Tütün və ya içki istifadəsinə bəratə qazandıran və sevdirən səhnələr
g) Narkotikin, ineksiyanın narkotik vasitələrin hazırlanması texnikasını və ya istifadə prosesini anladan səhnələr
h) İntihar prosesini naldan səhnələr
i) Məişət silahından ( bıçaq, balta və ya s.) ziyan verici qətl üçün istifadə səhnələri
j) Azart oyunları səhnələri
k) Kriminalı və ya cinayəti müsbət dəyərləndirən səhnələr
l) Okultizmi nümayiş etdirən səhnələr

15 yaşadək uşaqlar üçün qadağan edilmiş proqramların ( anonsların) məzmunları:

a) Bu maddənin birinci punktunu nəzərdə tutan səhnə və ya süjet
b) Seksual kontksdə çılpaqlıq, seksual səhnələr
c) Təhqiredici leksika
d) Narkotik vasitələrlə və ya onun istifadəsi ilə əlaqədar terminologiya

12 yaşadək uşaqlar üçün qadağan edilmiş proqramların ( anonsların) məzmunları:

a) Bu maddənin 2-ci punktu ilə nəzərdə tutulan səhnə və süjetlər
b) Təhqiredici leksika

7 yaşadək uşaqlar üçün qadağan edilmiş proqramların ( anonsların) məzmunları:
a) 3- cü punktla nəzərdə tutulan səhnə və süjet eləcə də sənədli filmlərdə və ya mult filmlərdə olan yaşlı qrupa ağır emosional ( neqativ) hal bağışlayan səhnə və süjetlər", - facebookda yazır Sopo Kiladze.

Bizimlə əlaqə saxlayın