29 
Mar
2024
15:54
252

Xüsusi Penitensiar xidmətin böyük inspektoru saxlanılıb

Xüsusi Penitensiar xidmətin böyük inspektoru zorakılıq, hədə-qorxu və məcburetmə faktları üzrə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat verib.

İstintaq müəyyən edib ki, 2023-cü ilin oktyabr ayında sərxoş vəziyyətdə olan P.G. Zestafonidə iş yerində arvadına yaxınlaşıb, onu maşına mindirib və qısqanclıq zəminində ona fiziki təzyiq göstərib. Bundan sonra o, zərərçəkənin avtomobilini yandıracağı, onun həyatına son qoyacağı ilə hədələyib.

Həmin gün P.G. evə qayıdarkən arvadının istəyinə zidd olaraq fiziki güc tətbiq etməklə onu sakitləşdirmək üçün bir neçə həb verib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs azyaşlının iştirakı ilə həyat yoldaşına zorakılıq edib.

Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər