19 
Avq
2020
10:15
609

Çarçivadze: "İzdihamlı toplantıların sayı artıb"

"İzdihamlı toplantıların sayı artıb. Bu isə böyük təhlükə deməkdir".

InterPress.ge xəbər verir ki, bu haqda yoluxucu, patoloji, Qiçs və kliniki immunoloji elmi praktiki mərkəzinin direktoru Tenqiz Çerçvadze qeyd edib.

Tenqiz Çerçvadzenin sözlərinə görə, Gürcüstanda koronavirusun mikro pikləri milli təhlükə yaratmır.

“Mənim ekspert kimi xəstəlik geniş yayılmayacaq. Geniş miqyaslı məhdudiyyətlər və karantin tədbirləri tətbiq etməyə ehtiyac olmayacaq. Mestiyada, kazbeqdə və Kobuletidə olduğu kimi lokal tədbirlər həyata keçirəcəyik. Gördüyünüz kimi Gürcüstanda yalnız mestiyanın bağlanmasına ehtiyac duyuldu. Kazbeqdə və Kobuletidə hələ ki, karantin tədbirlərinə ehtiyac yoxdur. Bu xəstəliyin yüngülləşməsinin deyil, Gürcüstan həkimləri və hökümət vertikalı həmişə vəziyyəti idarə edə bilməsinin nəticəsidir. Bu epidemiya ilə düzgün və yaxşı mübarizə aparmağı öyrəndilər.

Son zamanlarda maskalardan istifadənin azlaması müşahidə edilir. İzdihamlı toplantılar artıb. Bu isə çox təhlükəlidir. Koronavirusun ən geniş yayılmış olduğu Lengeri kəndinin vəziyyəti məhz izdihamlı toplantıların nəticəsidir. Məsafəni əvvəl qoruduğumuz kimi indi qorumuruq. Əldə olunan nəticəni qorumalıyıq”, - deyə Çerçvadze qeyd edib.

Bizimlə əlaqə saxlayın