28 
Mar
2024
19:31
199

Almaniya Ukraynaya yeni, irimiqyaslı yardım paketi elan edib

Almaniya Ukraynaya artilleriya və tank sursatları, pilotsuz uçuş aparatları, qumbaraatanlardan ibarət yeni hərbi yardım paketi elan edib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata əsasən, Ukrayna həmçinin 155 mm-lik mərmi, Leopard 2A6 tankları üçün sursat alacaq.

Hərbi yardım paketinə 5 təmir-evakuasiya maşını, 9 Warthog-is maşını, 6 WISENT 1 döyüş maşını... SATCOM müşahidə sistemi, 330 infraqırmızı kamera, 2056 RGW90 Matador qumbaraatan və 70 GMG qumbaraatan, 3000 tor, kamuflyaj daxildir.

Həmçinin Almaniya hökuməti gələcəkdə Ukraynaya köçürmək niyyətində olduğu yardımların siyahısını yeniləyib. Siyahıya “Patriot” hava hücumundan müdafiə sistemləri raketləri, 20 “Marder” zirehli texnikası və digər avadanlıqlar daxil edilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər