19 
Avq
2020
09:52
435

Sərt karantin tədbiq edilən bələdiyyənin bir hissəsi açılır, digər hissəsi isə...

"Epidemioloji vəziyyətdən irəli gələrək 21 avqust tarixindən Lengeri və Mestia bağlı ərazi olacaq".

InterPress.ge xəbər verir ki, bu haqda Sameqreli–Zemo Svaneti qubernatorunun müavini Nino Vibliani açıqlama verib.

“Mestiya bələdiyyəsi bağlı idi və 2 çıxış punktu fəaliyyət göstərirdi. Birinci punktun açılması planlaşdırılır. 21 avqustda 12 günlük karantin müddəti bitir. Bələdiyyənin aşağı zonasının test cavabları mənfidir və koronavirusun heç bir halı qeydə alınmayıb. Bundan irəli gələrək aşağı zona açılacaq. Yuxarı zonaya gəlincə Mestiya və Lengeri arasında mövcud olan məhdudiyyətlər aradan qaldırılacaq. Lengeri və Mestiya bağlı ərazi olacaq”, - dedi Nino Vibliani.

Onun sözlərinə görə, PCR test tədqiqatları yalnız covid-19 əlamətləri görünən insanlarda keçiriləcək.

“Bələdiyyədə kütləvi termoskrininq başladı və bütün bələdiyyəni əhatə edir. Termoskrininq bələdiyyədə 2-3 gün ərzində keçiriləcək. PCR tədqiqatlara gəlincə PCR test tədqiqatları yalnız covid- 19 əlamətləri görünən insanlarda keçiriləcək", - deyə Vibliani qeyd edib.

Bizimlə əlaqə saxlayın