19 
Avq
2020
09:33
2159

Bu gün 100-dən çox Gürcüstan vətəndaşı Azərbaycana yola düşür

Bu gün Gürcüstandan daha 320 nəfər Azərbaycana təxliyə ediləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təxliyə edilənlərdən 119-u Azərbaycan, qalanları isə Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan Gürcüstan və Rusiya vətəndaşlarıdır.

Təxliyə edilənlər avqustun 18-də Tbilisidə COVID-19 testindən keçiriliblər və nəticələr gün ərzində Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim edilib.

Neqativ cavab alan şəxslərə COVID pasportu veriləcək və onlar bu gün saat 10:00-da Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış avtobuslarla “Qırmızı Körpü” sərhəd keçid məntəqəsinə yola salınacaqlar. Təxliyə edilənlər Azərbaycanda karantinə alınmayacaqlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər