27 
Mar
2024
13:26
600

Martın 30-dək olan hava proqnozu açıqlandı

Martın 28-29-da Gürcüstanda isti və əsasən yağmursuz hava şəraitinin keçəcəyi, martın 30-da isə yağış yağacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Tbilisidə martın 28-29-da hava isti və yağmursuz keçəcək. Martın 30-da qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +17, +19 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): martın 28-29-da isti və yağmursuz hava gözlənilir. Martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): martın 28-29-da isti və yağmursuz hava gözlənilir. Martın 30-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +14, +19 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): martın 28-29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Martın 30-da bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gündüz +6, +11 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər