19 
Avq
2020
09:24
366

Birinci vitse-spiker: "Müxalifətin danışıqları seçkiöncəsi  boş danışıqlardır"

"Müxalifətin danışıqları seçkiöncəsi boş danışıqlardır".

InterPress.ge xəbər verir ki, bu haqda Parlamentin birinci vitse spikeri Qia Volski jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə müxalifətin şansı bu seçkilərdə azdır və müxalifətin İrakli Okruaşvilini irəli sürməsi müxalifətin hansı tipdə birləşməsini göstərir.

“İctimaiyyətə birliyin nə olduğunu bu məlumatla göstərdilər. Okruaşvili Rusiya platformasından Saakaşvili hakimiyyətini insanların likvidasiyasına dair tapşırıqların verildiyinə dair ittiham irəli sürürdü.

Namizədlərə gəlincə, onların seçkilərə qarşı asılılıqları, məğlubiyyət və qalibiyyət haqqında danışdıqları təbii ki, böş sözlərdir. Ancaq ictimaiyyətin kiminlə işimizin olduğuna, onların nə ilə fərqləndiklərinə və birləşməərinin əsas nöqtələrinin hara olduğuna dair analizi olmalıdır. Bu onların distruktiv strategiyası, boş sözləri və yüksək səslə açıqlamalarıdır. Onların seçkilərlə əlaqəli şanslarının az olduğunu düşünürəm. Hər şeyi ictimaiyyət həll edəcək”, - deyə Qia Volski bildirib.

Bizimlə əlaqə saxlayın