Poniçalada dörd nəfərin ölümünə səbəb olan qadın həbs olundu
Tbilisidə Aşağı Poniçala qəsəbəsində baş verən avtomobil qəzası faktı üzrə yaxalanan P.Q həbs edilib.
InterPress.ge xəbər verir ki, bu haqda baş prokurorluq açıqlama verib.
Qurumun açıqlamasına görə, Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş istintaqla təsdiq olundu ki, 15 avqust tarixində gecə saatlarında Aşağı Poniçala qəsəbəsində sərxoş halda P.Q avtomobil idarə edərkən yol kənarında dayanan avtomobilə və piyada olan 7 nəfərə çırpılıb və hadisə yerindın qaçaraq gizlənib.
"Hadisə nəticəsində iki nəfər yerində həyatlarını itiriblər. İki nəfər isə xəstəxanaya aparıldıqdan sonra dünyalarını dəyişiblır. Qalan xəsarət alanlar isə xəstəxanada həkimlərin nəzarəti altındadırlar. Polis P.Q-nı 16 avqust tarixində saxlayıb. Ona qarşı Gürcüstan cinayət məcəlləsinin 276-cı maddəsinin 9- cu hissəsilə və 128–ci maddə ilə cinayət işi açılıb. Onun haqqında Tbilisi şəhər məhkəməsinə müraciət edilib”, - bu barədə qurumdan verilən məlumatda deyilir.


