26 
Mar
2024
15:23
494

Məktəblərdən birində bibər qazı buraxılıb

Tbilisidəki 32 saylı dövlət məktəbinə təcili yardım və polis maşınları səfərbər edilib.

InterPress.ge xəbər verir ki, tələbələrdən biri bibər qazı buraxıb, bu səbəbdən hadisə yerinə təcili yardım çağırmaq lazım gəlib.

Təhsil Nazirliyindən verilən məlumata görə, şagirdlərin bəzilərinə yerindəcə kömək göstərilib, bəziləri isə profilaktika məqsədilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı 124-cü maddə ilə, yəni səhlənkarlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma maddəsi ilə istintaq başlanıb, direktor və bir neçə müəllim sorğu üçün polis bölməsinə aparılıb.

Bizimlə əlaqə saxlayın