25 
Mar
2024
23:14
133

Prokurorluq qonşusunu bıçaqlayan şəxsə qarşı ittiham irəli sürüb

Vəzisubani qəsəbəsində prokurorluq tərəfindən saxlanılan şəxs adam öldürməyə cəhddə ittiham olunub.
 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Mübahisə zəminində qonşusunun qadınını öldürmək niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə bıçaqla çoxsaylı xəsarətlər yetirdiyinə görə saxlanılan şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Gürcüstan Prokurorluğu bir nəfərə qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürüb. Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, martın 24-də Tbilisinin Vazisubani qəsəbəsində müttəhim qonşuluqda yaşayan qadına  mübahisə zəminində qətlə yetirmək niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirib.Zərərçəkmiş xəstəxanaya aparılıb və orada cərrahi əməliyyat olunub.Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi həbs ediblər. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Həbs qətimkan tədbirinin dayandırılması barədə vəsatət qaldırılıb.Cinayət işinin istintaqı davam etdirilir”. - bəyanatda yazılıb

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər