Tsalencixada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
InterPress.ge xəbər verir ki, yük maşınının sürücüsü sükanı idarə edə bilməyib, yoldan çıxıb və stadionun yaxınlığında hörülmüş divara çırpılıb.
Qəza nəticəsində yük maşınının sürücüsü dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq başlayıb
