Çiaturanın Navardzeti kəndində 12-ci sinif şagirdi ölü tapılıb.
InterPress.ge xəbər verir ki, Çiatura şəhərinin meri Givi Modebadze sosial şəbəkədə başsağlığı bildirib.
“Navardzeti ictimai məktəbinin 12-ci sinif şagirdi Saba Kipşidzenin faciəli ölümünə görə dərin hüznlə ailəsinə, məktəbə, qohumlarına və dostlarına başsağlığı verirəm”.
