Giorgi Qaxaria: "Əminəm ki, hamımız bərabər bu ədalətli mübarizədə qalib gələcəyik"
"Tsalka torpağı işgüzar və zəhmətkeş xalqın torpağıdır və Tsalkaya məxsus olan rəngarənglik ölkəmizin güclülüyünün böyük nümanəsidir".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria Tsalkada majoritar deputatlığa namizəd Qoqi Meşvelianiyi təqdim edrəkən qeyd edib.
Giorgi Qaxaria qeyd etdi ki, “Gürcü Arzusu” dəstəsinin diqqət mərkəzində hər zaman insan olacaq.
“Gürcüstanın gücü hər zaman onun çoxmillətliliyi və rəngarənqliyi olub. Tsalka torpağı o qədər bərəkətlidir ki, burada kənd təsərrüfatı haqqında danışmasam olmayacaq. Onu da deməliyəm ki, Gürcüstan iqtidarı fermerlərə və kəndlilərə yardım etmək üçün əlindən gələni edir və belə yardımlar davam edəcək. Bununla bağlı “Gürcüstanda istehsal et” adlı fəxr etdiyimiz proqramımız var, ancaq bu da yetərli deyil və başqa addımlar da atılacaq” – dedi Giorgi Qaxaria.
Onun dediyinə görə, Tsalka sadəcə Gürcüstan üçün deyil, xarici bazara ixrac üçün də ən yaxşı məhsul hazırlayan bir bölqədir və Gürcüstan iqtidarı yardım edəcək ki, bu bölqə öz məhsul biznesini yarada bilsin və bu baxımdan müstəqil olsun.


