22 
Mar
2024
23:47
1229

Sinoptiklər hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

InterPress.ge  xəbər verir ki, sinoptiklərin məlumatına görə, martın 22-dən 24-ü səhərədək Gürcüstanda fasilələrlə yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü duman olacağı gözlənilir.

“Gürcüstan çaylarında gözlənilən yağıntılar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə, dağlıq rayonlarda isə uçqunların yaranmasına səbəb ola bilər. Görünmənin pisləşməsi və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması mümkündür", - Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin məlumatında deyilir:

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər