Avropa İttifaqı bəyan edir ki, ölkənin sabitliyini gücləndirmək və Rusiyanın hərəkətləri nəticəsində üzləşdiyi problemləri həll etmək üçün Gürcüstana dəstəyini davam etdirəcək.
InterPress.ge xəbər verir ki, bu, Avropa Şurasının yekununda qeyd olunub.
“Aİ Gürcüstanın dayanıqlığını gücləndirməkdə və Rusiyanın Gürcüstanın ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətləri, eləcə də Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi nəticəsində üzləşdiyi problemlərin həllində dəstəyini davam etdirəcək”.
