Polis narkotik cinayətlərinə görə 11 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi, Tbilisi, Acarıstan, Kaxeti və Quriya polis şöbələrinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 11 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan şəxslər arasında həm Gürcüstan, həm də xarici vətəndaşlar var.
Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması və satılmasına hazırlanmaq, qanunsuz olaraq marixuananın alınması və saxlanması və satılması, satılmasına cəhd, narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və becərilməsi ilə bağlı aşağıdakı şəxslər saxlanılıb: 1988-ci il təvəllüdlü G.K., 1995-ci il təvəllüdlü E.M., 1984-cü il təvəllüdlü G.T., 2000-ci il təvəllüdlü L.Ç.1998-ci il təvəllüdlü M.P., 1999-cu il təvəllüdlü M.İ., 1979-cu il təvəllüdlü G.C., 1969-cu il təvəllüdlü K.D. 1974-cü il təvəllüdlü Ş.G., Həmçinin, xarici dövlətlərin vətəndaşları: 1989-cu il təvəllüdlü A.C. və 1993-cü il təvəllüdlü A.G.
Gürcüstan Cinayət Məcəlləsinin 260, 18-260, 265, 273 prima və 19-273 prima maddələri ilə istintaq aparılır.
Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


