İtaliyada mənzilləri qarət etməkdə təqsirli bilinən iki Gürcüstan vətəndaşı tutulub.
InterPress.ge xəbər verir ki, məlumatı yerli media yayıb.
Onların məlumatına görə, səhər saatlarında polisə məlumat daxil olub.Vətəndaşlardan biri 112-yə zəng edərək yaşayış binasının damında iki nəfər gördüyünü bildirib.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları iki nəfəri saxlayıblar. 34 və 39 yaşlı müttəhimlərin üzərində axtarış zamanı əlcək, vint və qıfıl tapılıb.
Saxlanılan şəxslərin 2 mənzili qarət etdikləri müəyyən edilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Gürcüstan vətəndaşları barəsində həbs-qətimkan tədbiri seçilib
