18 
Avq
2020
12:52
531

Kapanadze: "Hökumət seçki qabağı müxalifət partiyaya qanunsuz üsullar həyata keçirməyə başlayıb"

Avropalı Gürcüstanın liderlərindən biri Serqi Kapanadze Tbilisi meriyasına Avropalı Gürcüstan partiyasının aktivistləri üçün yazılan cərimələrin ləğv edilməsi üçün müraciət edib.

InterPress.ge xəbər verir ki, bu barədə Serqi Kapanadzenin özü açıqlama verib.

Serqi Kapanadzenin açıqlamasına görə, hökumətə bu addımla seçki qabağı kampaniyada müxalifətə qarşı qanunsuz üsullar həyata keçirməyə başlayıb.

"Hökumət seçki qabağı müxalifət partiyaya qanunsuz üsullar həyata keçirməyə başlayıb. Bunlardan bir gülməli fakt isə partiyamız tərəfindən şəhərə vurulan seçki plakatlarının sökülməsi və aktivistlərimizə cərimələrin yazılmasıdır. Bununlada onlar vətəndaşlarımızın söz azadlıqlarını bir başa məhdudlaşdırırlar və dəstəkçilərimizə birneçə min lari cərimə yazıblar. Onlar düşünürlər ki, bununla kimisə qorxudub dayandıracaqlar. Əksinə dəstəkçilərimiz daha da həvəslənərək plakatlarımızı vurmağa davam edirlər. Yazılan cərimələrin ləğv olunması üçün Tbilisi meriyasına müraciət etməyə gəlmişik. Bizim bu cərimələri ödəmək fikrimiz yoxdur ", - dedi Serqi Kapanadze.

Onun sözlərinə görə, hakimiyyət ayrıseçkilik edir və öz dəstəkçilərini cərimələmir.

"Bu ayrıseçkilik yaradan hakimiyyət, bir neçə ay öncə dəstəkçiləri tərəfindən ofisimiz boyu təhqiredici plakatlar yapışdırılmışdı və onları cərimələməmişdilər. Heç bir plakat meriyanın müvafiq qurumu tərəfindən sökülmədi. Bu çox klassikdir və bununla da qanunun biri üçün işləyib digəri üçün işləməməsini nümayiş etdirir ", - dedi S.Kapanadze.

Bizimlə əlaqə saxlayın