ABŞ İranda raket istehsalını maliyyələşdirən şəbəkəyə qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İranda raket istehsalını maliyyələşdirən şəbəkəyə qarşı yeni sanksiyalar tətbiq edib.
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran, Türkiyə, Oman və Almaniyada yerləşən üç satınalma şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib. Qurumun məlumatına görə, onlar İranın ballistik raket, nüvə və müdafiə proqramlarını dəstəkləyib, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Cihad Təşkilatı, İranın Müdafiə və Logistika Nazirliyi və digərləri tərəfindən istifadə olunan raketlər üçün karbon lifi, epoksi qatranları və digər materiallar alıblar.
Xəzinədarlığın terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson deyib ki, İran mürəkkəb gizli satınalma şəbəkələri vasitəsilə dünyanın müxtəlif yerlərindəki yaramaz şəxsləri münaqişələri alovlandıran və saysız-hesabsız mülki əhalini təhlükə altına alan silah sistemləri ilə təmin etməyə çalışır.
"Birləşmiş Ştatlar bu şəbəkələri pozmaq və İranın pilotsuz təyyarələri və raketlərinin yayılmasına şərait yaradan ölkələri məsuliyyətə cəlb etmək üçün alətlərimizdən istifadə etməyə davam edəcək", - Nelson bildirib.


