20 
Mar
2024
20:40
382

Prokurorluq vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə bir nəfərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu bir nəfərə qarşı vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəmə faktı üzrə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Daxili İşlər Nazirliyində aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində yaratdığı səhifədən istifadə edərək vətəndaşlara Çindən gələn müxtəlif məişət mebellərini və məişət texnikasını ucuz qiymətə almaq müqabilində abunə yazılacağını vəd edib. Lakin o, həmin əşyalara abunə təqdim etməyib və 14 vətəndaşa məxsus 149 259 larini dələduzluq yolu ilə ələ keçirib.
Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi martın 20-də saxlayıb, ona Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin “b” və “b” bəndləri ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq, külli miqdarda törədildikdə) ittiham irəli sürülüb( 6 ildən 9 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur).
Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edəcək”, - deyə qurumun açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər