17 yaşlı oğlan azyaşlı qızı intim videolar çəkməyə və cinsi hərəkətlər etməyə məcbur edib
17 yaşlı azyaşlı şəxsi həyat sirrini pozaraq seksual xarakterli hərəkətlərə məcbur etmək faktı üzrə Xüsusi İstintaq Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
İstintaq müəyyən edib ki, azyaşlı təqsirləndirilən şəxs 2023-cü ilin yazında “Messenger” sosial şəbəkəsində 16 yaşlı zərərçəkmiş qızla yazışıb, bu zaman zərərçəkmiş onun rəqsini əks etdirən videonu könüllü olaraq göndərib. Daha sonra təqsirləndirilən şəxs zərərçəkmişdən intim xarakterli videonu çəkib ona göndərməsini tələb edib, əks halda “Photoshop” kompüter proqramından istifadə edərək onun rəqs videosunu çılpaq halda montaj edəcəyi və valideynlərinə göndərəcəyi ilə hədələyib. Təhdidlər nəticəsində həmin gün zərərçəkmiş azyaşlı yaşadığı mənzilin hamamında intim videosüjet çəkib və onu “Messenger” vasitəsilə təqsirləndirilən şəxsə göndərib.
Təqsirləndirilən şəxs intim məzmunlu videonu aldıqdan sonra zərərçəkmişdən seksual xarakterli hərəkətlər etməsini, sonra onu lentə alıb göndərməsini istəyib, bundan imtina etdiyi halda isə qanunsuz yolla əldə etdiyi intim məzmunlu videonu valideynlərinə və yaxınlarına yayacağı ilə hədələyib. Qorxmuş azyaşlı hədə və məcburiyyət nəticəsində cinsi hərəkətin videosunu çəkərək təqsirləndirilən şəxsə göndərib.
Zərərçəkmiş şəxs müraciət etdikdən sonra yetkinlik yaşına çatmayanların mənafeyini qoruyan Xüsusi İstintaq Xidməti qısa müddətdə istintaq tədbirləri həyata keçirib. Mobil telefona şəxsi baxış zamanı azyaşlı qızın təsviri olan intim xarakterli material aşkar edilərək götürülüb, daha sonra təqsirləndirilən şəxs tutulub.
Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd olunan faktla bağlı Xüsusi İstintaq Xidməti tərəfindən araşdırmalar davam etdirilir.


