19 
Mar
2024
14:53
428

Tbilisidə Novruz bayramı ilə bağlı tədbir keçirilib - VİDEO

"Qırmızı Körpü" qeyri-hökumət təşkilatı və Qafqaz Universitetinin təşkilatçılığı ilə Tbilisidə Novruz bayramı ilə bağlı tədbir keçirilib.

InterPress.ge-nin məlumatına görə, azərbaycanlı tələbələr tərəfindən mövzu ilə bağlı nümayişlər və folklor rəqsləri həyata keçirilib.

Tədbirdə vətəndaşı cəmiyyətinin nümayəndələri, diplomatlar və siyasətçilər iştirak ediblər.

"Bu gün bizim üçün tarixi gündür. Burda gürcülər və azərbaycanlılar bir yerdə toplaşmışıq və Novruz bayramını qeyd edirik. Biz gürcü bacı-qardaşlarımıza demək istəyirik ki, illərdir ki, Gürcüstanda Novruz bayramı, Ramazan bayramı və bir sıra digər bayramların qeyd olunması ortaq bayramımızdır və bizim üçün ortaq olan şeylərə birlikdə sahib çıxaq", - deyə "Qırmızı Körpü"nün təsisçisi Ceyhun Məhəmmədəli deyib.

Bizimlə əlaqə saxlayın