Prokurorluq iki nəfərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu iki nəfərə qarşı saxta rəsmi sənədlərin satılması və qanunsuz gəlirlərin leqallaşdırılması faktları üzrə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Məlumata görə, prokurorluğun apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər 2022-2024-cü illərdə cinayətdə iştirak edən digər şəxslərlə birlikdə Avropa dövlətlərinin saxta rəsmi sənədlərini hazırlayıb Gürcüstan vətəndaşlarına satıblar. Cinayət sxeminin iştirakçıları onlarla saxta sənədlər, sürücülük vəsiqələri, yaşamaq və işləmək üçün saxta sənədlər hazırlayıb sataraq təxminən 141 min avro və 36 min ABŞ dolları mənimsəyiblər. Qazandıqları gəlirləri leqallaşdırmaq məqsədilə təqsirləndirilən şəxslər Tbilisi şəhərində daşınmaz əmlak, xüsusən də yaşayış mənzili alıb, başqa şəxsin adına rəsmiləşdiriblər.
Təqsirləndirilən şəxslər Gürcüstan Cinayət Məcəlləsinin 9 ildən 12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362-ci maddəsinin birinci hissəsi (saxta rəsmi sənədləri saxtmaq) və 194-cü maddəsinin üçüncü hissəsinin "Q" bəndi (qanunsuz gəlirlərin leqallaşdırılması) ilə ittiham olunublar.
Cinayət əməllərində iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə cinayət işinin istintaqı davam etdirilir.


