Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbTornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölübKobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıb
TVCANLI

Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur

771
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
Dinləmək üçün basın

Bu gün Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

Bu gün Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

InterPress.ge xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.

İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.

Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər. Həmçinin axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatılmalıdır. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

Qeyd edək ki, Gürcüstana yaz fəsli martın 20-si daxil olacaq. Martın 20-21-i Novruz bayramı qeyd olunur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Tornike Çeişvili: Müxalifətin bir-birindən uzaqlaşmaq cəhdləri gülünc və inandırıcı deyilEU News: Rusiya-Ukrayna arasında sülh danışıqlarında Kaya Kallas prosesdən kənarda qalır – ona yalnız müşahidəçi rolu ayrılırKaxa Kaladze: Şəxsi avtomobillə hərəkəti heç kimə qadağan etmirik, lakin şəhərin küçələrində yer sonsuz deyilQardabanidə keçmiş həyat yoldaşını sifarişlə öldürməyə hazırlaşmaqda şübhəli bilinən şəxs saxlanılıbGürcüstanda bahalı avtomobillərin sayı artır – ölkədə neçə Lamborghini, Ferrari, Bugatti və Rolls-Royce var?Son xəbərlərə bax →