Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Bolnisidə Novruz bayramı təntənəli şəkildə qeyd edilib

387
Bolnisidə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
Dinləmək üçün basın

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə və sertifikatların verilməsi ilə bağlı…

"Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə və sertifikatların verilməsi ilə bağlı təntənəli tədbir keçirilib.

InterPress.ge xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin icraçı direktoru Rezo Həsənov açıb və tədbir iştirakçılarını salamlayıb, Gürcüstanın ən gözəl şəhərlərindən biri olan Bolnisidə qeyd olunan bu təbiri keçirməkdən böyük bir fəxr hissi keçirdiyini qeyd edib.

O, qarşıdan gələn “İlaxır Çərşənbə” və Novruz Bayramı münasibətilə hər kəsi təbrik edərək bildirib ki, mərkəz 2021-ci ildən etibarən öz fəaliyyətini uğurla davam etdirir. Bununla yanaşı, o, 2023-cü ildə həyata keçirilmiş bir sıra tədbirlərlə bağılı tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış üçün söz Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirova verilib. R.Bəkirov tədbir iştirakçılarını salamlayaraq onları bayram münasibətilə təbrik edib və bildirib ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin fəaliyyəti Bolnisi rayonunda bir çox yeniliklərin təməlini qoyub. Həmçinin vurğulayıb ki, “Milli adət-ənənələrmizi qoruyub saxlamaq, yaşatmaq hər birimzin milli və mənəvi borcumuzdur”.

Daha sonra çıxış edənlər Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin Azərbaycan dili müəllimi Fatimə Əliyeva, Kvemo-Bolnisi (Kəpənəkçi) 2 nömrəli ictimai məktəbinin direktor müavini Çingiz Yaqublu və Gürcüstan Azərbyacanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) direktoru Murad Muradov çıxış edərək bildiriblər ki, Novruz Bayramını və digər milli bayramlarımızı yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur və uzun bir fasilədən sonra Bolnisinin mərkəzində milli bayramımızı qeyd etmək özlüyündə tarixi bir hadisədir.

Tədbirdə Bolnisi rayonunun bir çox kəndlərindən gəlmiş milli rəqs qrupları və mərkəzin üzvləri azərbaycan və gürcü rəqslərini nümayiş etdirib və aşıqlar sazda ifa ediblər.

Tədbirdə Mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan dili, gürcü dili və ingilis dili fənnləri üzrə sertifikatlar təqdim edilib.

Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və rəsm kursunun üzvü Turanə Süleymanovanın çəkdiyi rəsmlər tədbirdə nümayiş etdirilib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda tədbir qeyri-rəsmi formada çay süfrəsi arxasında davam edib, qonaqlar Novruz şirniyyatlarından dadıblar.

Eyni zamanda mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili, incəsənət və rəsm, məntiq, riyaziyyat fənnlərini tədris edən müəllimlərə təşəkkürnamə təqdim edilib. Novruz tonqalının ətrafında gənclər və qonaqlar birlikdə rəqs edərək bayramın sevincini bir-birləri ilə bölüşüblər.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →