18 
Mar
2024
18:51
251

Prezident: “ Gürcüstanın işğal olunmuş bölgələrində Rusiyanın prezident seçkilərinin keçirilməsi tamamilə yolverilməz və qanunsuzdur”

Gürcüstanın işğal olunmuş bögələrində Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsi tamamilə qanunsuz və qəbuledilməzdir.
 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin prezident administrasiyası tərəfindən yayılan bəyanatında deyilir.

Prezident beynəlxalq ictimaiyyəti Rusiyanın ölkənin suverenliyinə xələl gətirən qanunsuz hərəkətlərinə layiqli cavab verməyə çağırır.

“Gürcüstanın işğal olunmuş rayonlarında Rusiya Federasiyasının prezident seçkilərinin keçirilməsi tamamilə qəbuledilməz və qanunsuzdur. Bu, bir daha Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur və beynəlxalq normalara tamamilə ziddir.
Bu gün Abxaziya və Sxinvali bölgəsinin hələ də işğal altında olduğu bir vaxtda mən beynəlxalq ictimaiyyətə müraciət edirəm ki, Rusiya Federasiyasının ölkənin suverenliyinə xələl gətirən bu qanunsuz hərəkətlərinə layiqli cavab versin”, - prezidentin bəyanatında deyilir.

Mətbuat xidmətinin məlumatına görə, qeyd olunan məsələni Gürcüstan prezidenti Salome Zurabişvili NATO-nun baş katibi Yens Stoltenberqlə Orbel sarayında keçirdiyi görüşdə qaldırıb və bunu bir daha pisləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər