18 
Mar
2024
12:20
826

“WhatsApp”a yeni funksiya gəlir

"WhatsApp" tərtibatçıları biometrika və paroldan istifadə edərək tətbiqin bloklanması funksiyasını messencerə əlavə etməyi planlaşdırırlar.

InterPress.ge bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat verib.

Mənbənin sözlərinə görə, barmaq izi, üz cizgilərinin tanınması və ya paroldan istifadə edərək tətbiqin bloklanmasına imkan verən yenilik "WhatsApp"ın 2.24.6.20 "Android" versiyalarının bəzi beta-testerlərində artıq işləkdir.  

Qeyd olunub ki, əvvəllər tətbiqi yalnız biometrik parametrlərdən istifadə etməklə bloklamaq mümkün idi ki, bu da cihazlarında müvafiq sensorlar olmayan və ya digər qorunma üsullarına üstünlük verənlərin imkanlarını məhdudlaşdırırdı. Bundan əlavə, qışda barmaq izi kilidi qoyan istifadəçilər naməlum xəta səbəbindən "WhatsApp"a daxil ola bilmirdilər və parol seçə bilmələri isə onları bu narahatlıqdan xilas edə bilərdi.

Hazırda funksiya məhdud sayda tester üçün əlçatandır. Tətbiqin daha geniş auditoriyaya nə vaxt təqdim olunacağı barədə məlumat verilmir.

"WABetaInfo" portalı hələ ki istifadəçilərə ən son beta versiyasını aktivləşdirməyi tövsiyə etmir, çünki bəzi istifadəçilər proqramın heç bir səbəb olmadan daim qeyri-aktiv olmasından şikayətləniblər.

Bizimlə əlaqə saxlayın