16 
Mar
2024
15:33
102

Azərbaycan Prezidenti: “Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpa olunan enerji potensialı var”

“Biz yeni layihələr üzərində də işləyirik və onlardan biri yaşıl enerji layihəsidir”.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başladığını vurğulayan İlham Əliyev deyib:

“Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpa olunan enerji potensialı var”.

Bizimlə əlaqə saxlayın