17 
Avq
2020
17:04
2517

Kür çayında tapılan qadının kimliyi məlum oldu

Kür çayında tapılan gənc qadın cəsədi Bauhaus barının əməkdaşına məxsusdur.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiq edir.

Nazirlikdən verilən məlumata görə, fövqəladə halların idarəsi xidmətinin xilasediciləri Kür çayında keçirilən axtarış tədbirləri nəticəsində gənc qadın cəsədi tapıblar.

"Daxili İşlər Nazirliyinə 15 avqust axşam saat 21:00 radələrində Bauhaus barının əməkdaşlarının itkin düşdüyü barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra daxili işlər nazirliyinin müvafiq qurumları 2 gənci tapmaq üçün müvafiq tədbirləri həyata keçirməyə başlayıb. Əlavə olaraq Bauhausun bütün əməkdaşları, sözügedən gənclərin ailə üzvləri, və işlə əlaqədar hər kəs sorğuya alınıb", - deyə nazirlikdən bildirilir.

Nazirliyin məlumatına görə, hal-hazırki mərhələdə Bauhausun digər itkin düşmüş digər gənc, kişi əməkdaşı axtarılır.

Faktla bağlı istintaq cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın