Martın 16-da Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi xəbərdarlıq edib.
Qərbi Gürcüstanda gözlənilən güclü yağışlar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər.
