Saxta valyutadan istifadə edən Misir və İraq vətəndaşları saxlanılıb
Misir və İraq vətəndaşı külli miqdarda saxta valyuta saxlamaq və satmaq faktı üzrə saxlanılıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat verib.
DTX-nin məlumatına görə, istintaq müəyyən edib ki, Gürcüstanda müvəqqəti yaşayan Misir və İraq vətəndaşları 2024-cü il martın 14-də qanunsuz olaraq saxta 9600 ABŞ dolları satıblar və həmin vaxt onlar təqsirləndirilən şəxs qismində tutulublar.
Qrup tərəfindən qabaqcadan razılaşma ilə külli miqdarda saxta valyutanın saxlanması və satılması faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsinin “a” və “q” bəndləri ilə aparılır. Cinayət 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılır.


