"Təbii ki, münasibətlərin dərinləşməsindən danışmaq üçün istənilən yeni imkandan istifadə olunacaq"
InterPress.ge xəbər verir ki, bunu baş nazir jurnalistlərə NATO-Gürcüstan münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə, o cümlədən NATO-Gürcüstan Komissiyası formatında çox səmərəli görüş və müzakirələr aparılıb.
“Cənab Stoltenberqə gəlincə, bizim artıq Brüsseldə, o cümlədən NATO-Gürcüstan Komissiyası formatında çox səmərəli görüşümüz və müzakirələrimiz olub və əlbəttə ki, əlaqələrimizin dərinləşməsi bizim üçün vacibdir. Təbii ki, münasibətlərin dərinləşməsindən danışmaq üçün istənilən yeni imkandan istifadə olunacaq”, - deyə baş nazir bildirib.
