NATO-nun baş katibi yaxın zamanda Gürcüstana səfər edəcək
"Mən tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda Gürcüstana yenidən səfər edəcəyəm"
InterPress.ge xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə mətbuat konfransında bildirib.
“Gürcüstan NATO-nun dəyərli tərəfdaşıdır. Biz dərindən inanırıq ki, bütün Avropa ölkələri kimi, Gürcüstanın da, ümumiyyətlə, bütün ölkələrin öz yolunu seçmək hüququ var. Mən bir neçə dəfə Gürcüstanda olmuşam, tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda bu ölkəyə yenidən səfər edəcəyəm. Gürcüstana mesajım, əlbəttə ki, islahatların vacib olması və NATO-nun demokratiya, qanunun aliliyi kimi təməl dəyərlərə söykənməsi və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara uyğun olması vacibdir. ”, - Yens Stoltenberq bildirib.


