14 
Mar
2024
14:43
1365

HAVALAR DƏYİŞİR: Bu tarixdən yağışlı hava şəraiti hökm sürəcək

Gürcüstanda martın 15-i günün sonunadək isti və yağmursuz hava şəraiti, günün sonundan isə martın 18-dək arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.

Martın 16-da Tbilisidə yağış yağacaq, külək güclənəcək, martın 17-də və 18-də hava yağmursuz keçəcək. Havanın temperaturu gündüz +14, +16 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) martın 15-də yağmursuz, martın 16-17-də bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti üstünlük təşkil edəcək. Martın 18-də hava açılacaq. Havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): martın 15-də hava yağmursuz keçəcək, martın 16-da isə yağış yağacaq. Martın 17-18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): martın 15-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 16-17-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək

Bizimlə əlaqə saxlayın