Polis narkotik cinayətlərinə görə doqquz nəfəri saxlayıb
Narkotik cinayətləri törətməkdə təqsirli bilinən 9 nəfər, o cümlədən 5 xarici ölkə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Onlar qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, satılmasına cəhd, Gürcüstan ərazisinə qanunsuz gətirilməsinə cəhd, qanunsuz olaraq marixuananın əldə edilməsi və saxlanması və satılmasına cəhd, narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi və becərilməsi faktları üzrə aşağıdakı şəxslər saxlanılıblar: 2002-ci il təvəllüdlü M.S., 1994-cü il təvəllüdlü A.B., 2001-ci il təvəllüdlü P.İ., 2000-ci il təvəllüdlü H.B., 1992-ci il təvəllüdlü A.İ., 1991-ci il təvəllüdlü İ.D., 2000-ci il təvəllüdlü Q. A. və əvvəllər məhkum olunmuşlar: 1988-ci il təvəllüdlü Z.Ğ., 1984-cü il təvəllüdlü M.T.
İstintaq Cinayət Məcəlləsinin 260, 262, 265, 19-260, 273 prima və 19-273 prima maddələri ilə aparılır.
Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.


