14 
Mar
2024
12:05
194

2022-2023-cü illərdə Gürcüstanda qalmaq qaydalarını neçə əcnəbi vətəndaş pozub?

2022-2023-cü illərdə ümumilikdə 17 394 nəfər Gürcüstanda qalma, habelə Gürcüstan ərazisindən tranzit keçmə qaydalarını pozub.

InterPress.ge xəbər verir ki, onlardan 2022-ci ildə Gürcüstanda qalma və tranzit gediş-gəliş qaydasını 7937 nəfər pozub və 2023-cü ilin ilkin məlumatlarına görə, bu rəqəm 9457 nəfər təşkil edib.

Bundan başqa, iki il ərzində 6250 nəfərə İnzibati Xətalar Məcəlləsinin 191-ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Gürcüstan ərazisində qanunsuz olaraq qalmasına görə 180 lari məbləğində cərimə tətbiq edilib. Gürcüstanda qanuni qalma müddəti bitdikdən sonra ölkədə 3 aydan çox qalanlar üçün nəzərdə tutulan 360 lari məbləğində cərimə iki il ərzində 11 144 nəfərə tətbiq edilib ki, onlardan 5 792-si yalnız 2023-cü ildə olub.

Miqrasiya Məsələləri üzrə Hökumət Komissiyasının saytında oxuyuruq ki, Gürcüstanda qanuni qalma müddəti başa çatan və ölkəni könüllü tərk edən əcnəbi Gürcüstandan çıxandan əvvəl və ya ondan sonra Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş cəriməni ödəməyə borcludur. Cərimə ödənilmədiyi təqdirdə əcnəbiyə Gürcüstan vizası verilməyəcək və qeyd olunan cəriməni ödəyənə qədər onun Gürcüstana girişinə icazə verilməyəcək. Məcburi deportasiya edilən əcnəbiyə cərimə tətbiq edilməklə yanaşı, 2 ildən 5 ilə qədər müddətə Gürcüstana giriş qadağan ediləcək.

 

Bizimlə əlaqə saxlayın