Gürcüstanda tələbələr ən çox hansı ixtisas üzrə təhsil alırlar?
2023-2024-cü tədris ilində Gürcüstanın ali təhsil müəssisələrində ümumilikdə 121 514 tələbə (bakalavr) qeydiyyatdan keçib.
InteePress.ge xəbər verir ki, Sakstat məlumatlarına görə, onların əksəriyyəti - 57 874 nəfər Sosial Elmlər, Biznes və Hüquq fakültəsində təhsil alır.
Daha dəqiq desək, ən çox tələb olunan fakültələrin siyahısı belə görünür:
Sosial elmlər, biznes və hüquq - 57 874 tələbə. Onlardan ən çoxu - 25 699 tələbə biznes və menecment, 15 498 nəfər sosial və davranış elmləri, 14 378 tələbə isə hüquq sahəsində təhsil alır.
Elmlər fakültəsi - 22 133 tələbə təhsil alır, onların əksəriyyəti - 10 125 nəfər informatika ixtisası üzrə oxuyur.
Humanitar və İncəsənət - 14263 tələbə
Mühəndislik, emal və tikinti sahələri - 9213. Bunlardan 4028-i mühəndis və mühəndislik işi üzrə, 4200-ü isə memarlıq və inşaat ixtisasları üzrə təhsil alır.
Sağlamlıq və sosial təminat fakültəsində 5663 tələbə təhsil alır ki, onların da əksəriyyəti - 5443-ü səhiyyə ixtisası üzrə oxuyur.
Məlumat üçün bildirək ki, ötən 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrində 110 037 tələbə təhsil alırdı.


