InterPress.ge xəbər verir ki, hakimlər kollegiyasının hökmündə 44 yaşlı kişinin 24 yaşlı həyat yoldaşını hədsiz amansızlıqla qətlə yetirdiyi bildirilir.
O da məlum olub ki, 3 uşaq anası Namazoğlu ilə daimi psixoloji və fiziki zorakılıq şəraitində yaşayıb.
Gənc qadın uşaqları ilə birlikdə Gürcüstana qayıtmağı planlaşdırıb, lakin zorakı ərindən qaça bilməyib. Namazoğlu arvadını soyuq silahla qətlə yetirib, izlərini gizlətmək üçün kirayədə qaldığı mənzili yandırmağa cəhd edib.
