13 
Mar
2024
12:59
261

Azərbaycan vətəndaşına məxsus torpaq sahəsini dələduzluq yolu ilə özgəninkiləşdirməyə cəhd edən qrup saxlanıldı

Bir qrup şəxs xarici ölkə vətəndaşına məxsus torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmələri faktı üzrə İstintaq Xidməti tərəfindən ifşa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Saxta sənəddən istifadə etməklə dələduzluq yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməyə cəhd etmə faktı üzrə 4 nəfər barəsində cinayət işi başlanılıb, onlardan 2 nəfər hakimin qərarı ilə saxlanılıb. 

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər guya Azərbaycanda notariat qaydasında verilmiş saxta etibarnamə əsasında daşınmaz əmlak sahibinin adından Tbilisi Ədliyyə Evinə ərizə veriblər, bunun əsasında Tbilisi şəhərində yerləşən, xarici vətəndaşın adına rəsmiləşdirilən və 624 472 lari dəyərində iki torpaq sahəsini özgəninkiləşdirməyə cəhd ediblər, lakin buna nail ola bilməyiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 6 ildən 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 362 və 19-180-ci maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın