13 
Mar
2024
11:36
312

Dostunun keçmiş sevgilisini şantaj edən şəxs saxlanıldı

Şəxsi həyat sirrini pozduğuna görə bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.

20 yaşlı gənc dostunun keçmiş sevgilisinin intim məzmununu əks etdirən foto və video çəkilişlərini qanunsuz yolla əldə edib və yaymaq hədəsi ilə ona itaət etməsini və konkret hərəkətlər etməsini, o cümlədən intim fotolarını göndərməsini və Facebook sosial şəbəkəsinin parolunu verməsini tələb edib.

Bundan əlavə, o, saxta Facebook səhifəsində intim videoları açıq şəkildə yerləşdirib.

Bundan əlavə, o, zərərçəkmiş şəxslə şəxsən əlaqə saxlayıb, sevgi münasibəti istəyib və rədd cavabı aldıqdan sonra zərərçəkmişin ləyaqətini alçaltmaq məqsədilə saxta Facebook səhifəsində intim videoları açıq şəkildə yerləşdirib.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Bizimlə əlaqə saxlayın