Cozef Borrell: “ Avropanın müdafiə sənayesini gücləndirməyin vaxtıdır“
"Avropanın müdafiə sənayesini gücləndirməyin vaxtıdır".
InterPress.ge xəbər verir ki,bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell şəxsi bloqunda yazıb.
Onun sözlərinə görə, Rusiya müharibəsindən əvvəl Ukraynada heç kim bunu təsəvvür edə bilməzdi, amma indi aydındır.
“Biz müdafiə sənayesi və texnoloji bazamızı gücləndirməliyik. Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi başlamazdan əvvəl heç kim bunu təsəvvür etmirdi, amma indi aydın oldu. Əgər biz gərgin geosiyasi kontekstdə müdafiə qabiliyyətini gücləndirmək istəyiriksə, bu, zəruri şərtdir”, - Borrell bildirib.
Borelin sözlərinə görə, bu il Aİ-Ukrayna Müdafiə Sənayesi Forumu keçiriləcək və Kiyevdə Aİ-nin Müdafiə İnnovasiyaları Ofisi açılacaq.
“Avropada tələbata diqqət yetirən və istehsalı idarə edən Pentaqon yoxdur. Biz əməkdaşlığı gücləndirməklə, müdafiə sahəsində müştərək satınalmalar və ümumi Avropa maraqlarına uyğun layihələri təşviq etməklə parçalanmanın öhdəsindən gəlməliyik”- Cozef Borrell qeyd edib.
Borrelin sözlərinə görə, Aİ-nin müdafiə sənayesi strategiyasının məqsədi silah istehsalını inkişaf etdirmək və Ukraynanı dəstəkləməkdir.


