11 
Mar
2024
15:06
523

Martın 15-dək hava necə olacaq?

Martın 15-dək Qərbi Gürcüstanda isti, yağmursuz və küləkli hava şəraiti gözlənilir. Düzənliklərdə hava +18, +23 dərəcəyə qədər istiləşəcək.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.

Şərqi Gürcüstanda martın 12-13-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 14-də bəzi yerlərdə az yağıntılı olacağı, duman olacağı gözlənilir.

Paytaxt Tbilisidə martın 12-13-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 14-də buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +11, +13 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani) martın 12-13-də yağmursuz hava şəraiti gözlənilir, martın 14-də isə bəzi yerlərdə yağıntılı olacağı, havanın temperaturunun gün ərzində +10, +15 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): martın 12-13-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 14-də buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +14 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): martın 12-13-də hava şəraitinin yağmursuz keçəcəyi, martın 14-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +4, +9 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın