11 
Mar
2024
13:22
1073

Gürcüstanın XİN rəhbəri Azərbaycanla quru sərhədlərin bağlı olmasına belə reaksiya verdi

"Azərbaycan tərəfi müvafiq qərar qəbul edib sərhədi açsa, biz bunu alqışlayarıq”.

InterPress.ge xəbər verir ki, bunu xarici işlər naziri İliya Darçiaşvili hökumətin iclası başa çatdıqdan sonra suala cavabında bildirib.

O qeyd edib ki, Azərbaycanın quru sərhədini indiyə qədər niyə bağlı saxladığını bilmir. Darçiaşvilinin fikrincə, bununla bağlı çoxlu nüanslar yoxdur.

"Qonşu və strateji tərəfdaş ölkəmizdən çoxlu turistlərimiz olub və biz bunun gələcəkdə də davam etməsini istəyirik. Onların sərhədlə bağlı konkret arqumentləri var, bu, təkcə Gürcüstana aid deyil. Ümumiyyətlə, onların sərhədlərinin açılması ilə bağlı konkret fikirləri var, ona görə də burada nəsə demək çox çətindir. Azərbaycan tərəfi müvafiq qərar qəbul edib sərhədi açsa, biz bunu alqışlayarıq".

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər