Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

İtaliyada koronavirusa yoluxma hallarının sayı artdığından diskotekalar bağlanıb

510
İtaliyada koronavirusa yoluxma hallarının sayı artdığından diskotekalar bağlanıb
Dinləmək üçün basın

Ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artmasına görə İtaliya hökuməti diskotekaların, o cümlədən açıq havada keçirilən rəqs meydançaları və çimərliklərin bağlanmasına dair göstəriş verib. InterPress.ge…

Ölkədə koronavirus infeksiyasına yoluxma hallarının artmasına görə İtaliya hökuməti diskotekaların, o cümlədən açıq havada keçirilən rəqs meydançaları və çimərliklərin bağlanmasına dair göstəriş verib.

InterPress.ge “TASS”-a istinadən xəbər verir ki, müvafiq əmrin imzalanması barədə Səhiyyə naziri Roberto Speranza özünün “Facebook” səhifəsində bildirib.

“Yeni sərəncam imzalanıb. Açıq və qapalı vəziyyətdə olan bütün rəqs meydançalarının fəaliyyəti dayandırılır. Sıxlıq olan istənilən ictimai yerlərdə maska taxmaq məcburiyyəti saat 18:00-dan səhər saat 06:00-dək tətbiq olunacaq”, - deyə nazir yazıb. O qeyd edib ki, sentyabrda məktəblərin açılması prioritet olaraq qalır.

Qeyd edək ki, diskotekalar iyul ayının ortalarında karantindən sonra açılmasına icazə verilən son məkanlar idi. Ancaq bəzi bölgələrdə yerli hakimiyyət orqanları onların fəaliyyətinə daha əvvəl icazə vermişdilər. Hökümətin bu qərarı bölgələrin sərbəst qərar verməsini qeyri-mümkün edir. Bütün diskotekaların azı 7 sentyabradək bağlı qalması tələb olunur.

Son iki həftədə İtaliyada infeksiyaya yoluxma hallarının sayında ciddi artım müşahidə olunur – iyun və iyul aylarında gün ərzində 200 yoluxmadan 15 avqustda 600 yoluxmayadək. Bu, hələ ki may ayının sonundan bəri rekord saydır, ancaq virusoloqların proqnozlaşdırdığı kimi, yalnız bir neçə gündən sonra gündəlik yoluxma halları 1000 nəfərdən çox ola bilər ki, bu da xəstəxanaya yerləşdirilənlərin və ölənlərin sayının artmasına səbəb olacaq.

Xatırladaq ki, İtaliyada pandemiya başlayandan bəri koronavirusa yoluxanların sayı 253 minə çatıb, onlardan 35 mindən çoxu dünyasını dəyişib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →