11 
Mar
2024
11:39
258

Narkotik cinayətləri törətməkdə təqsirli bilinən səkkiz nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin, Tbilisi və Acarıstan Polis Şöbələrinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 8 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin, o cümlədən psixotrop maddələrin əldə edilməsi və saxlanması və onların qanunsuz satışına hazırlanma, qanunsuz olaraq marixuana əldə etmə və saxlama və satmağa cəhd etmə faktları üzrə saxlanılıblar: 1975-ci il təvəllüdlü Q.B., 1995-ci il təvəllüdlü K.C., 2001-ci il təvəllüdlü C.K., 2002-ci il təvəllüdlü O.S., 1999-cu il təvəllüdlü D.Q., Belarus vətəndaşı, 1985-ci il təvəllüdlü M.M., əvvəllər məhkum olunmuş şəxslər: 1981-ci il təvəllüdlü N.Z. və 2001-ci il təvəllüdlü Q.Q.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi, avtomobilləri, yaşayış evlərinə baxış nəticəsində, habelə saxlanılan şəxslərin göstərdikləri yerlərdən sübut kimi müxtəlif növ narkotik vasitələr götürüblər.

İstintaq Cinayət Məcəlləsinin 260, 18-260, 261, 18-261, habelə 273 və 19-273-cü maddələri ilə aparılır.

Cinayət 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

 

Bizimlə əlaqə saxlayın