11 
Mar
2024
09:40
603

Gürcüstan əhalisi ən çox hansı sosial şəbəkədən istifadə edir? - STATİSTİKA

2024-cü ilin əvvəlində Gürcüstanda Facebook-un 2,85 milyon, Instagram-ın 1,65 milyon, TikTok-un isə 2,58 milyon 18 və daha yuxarı istifadəçisi olub.

InterPress.ge xəbər verir k, bu, DateReportal tərəfindən dərc edilmiş hesabatda deyilir.

Qeyd edək ki, Facebook öz platformasından istifadəni 13 yaşdan kiçik şəxslər üçün məhdudlaşdırır və 2024-cü ilin məlumatlarına görə, Gürcüstanda platformadan istifadə hüququ olan auditoriyanın 85,5%-nin Facebook-dan istifadə etdiyi təsdiqlənir.

2024-cü ilin əvvəlinə Gürcüstanda Facebook-un reklam auditoriyasının 48,2%-ni kişi, 51,8%-ni isə qadınlar təşkil edib.

Gürcü İnstaqram istifadəçilərinə gəlincə, Meta-nın reklam alətlərində dərc olunan məlumatlar göstərir ki, 2024-cü ilin əvvəlində 13 və daha yuxarı yaşda olan 1,65 milyon insan Instagram-dan istifadə edir. Müvafiq olaraq, sözügedən sosial şəbəkədən “uyğun” auditoriyanın 54,4%-i istifadə edir.

Ötən ilin məlumatına görə, Gürcüstanda Instagram istifadəçilərinin 58,5%-ni qadınlar, 41,5%-ni isə kişilər təşkil edib.

TikTok dünyanın ən populyar platformalarından biridir və Gürcüstan da bu tendensiyadan geri qalmır. ByteDance-in reklam resurslarında oxuyuruq ki, 2024-cü ilin əvvəlində yerli internet istifadəçi bazasının 86,2%-i və ya 2,52 milyon nəfər TikTok istifadəçiləri olub.

2024-cü ilin əvvəlinə TikTok-un Gürcüstandakı reklam auditoriyasının 48,7%-ni qadınlar, 51,3%-ni isə kişilər təşkil edirdi.

 

 

Bizimlə əlaqə saxlayın