GAİM-də “Gənc Liderlər Akademiyası” çərçivəsində növbəti görüş baş tutub
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”-ndə “Gənc Liderlər Akademiyası” çərçivəsində növbəti görüş baş tutub.
InterPress.ge xəbər verir ki, görüşün bu dəfəki mövzusu “Yaşıl enerji və iqlim dəyişikliyi ilə mübarizə” olub.
Görüşü GAİM-in rəhbəri Murad Muradov açaraq gənclərə yaşıl enerji və bu ilin payızında Azərbaycanın paytaxdı Bakı şəhərində keçirləcək COP29 (Tərəflər Konfransı) haqda geniş məlumat verib
Daha sonra GAİM-in üzvləri iştirakçılara “Tullantılar və İqlim Dəyişikliyi” mövzusunda təlim keçiblər. Təlim interaktiv xarakter daşıyıb və gənclər quruplara bölünərək bu mövzuda öz təqdimatlarını hazırlayaraq digər gənclərlə bölüşüblər
Bununla yanaşı GAİM-in “Robotexnika Klubu”-un üzvləri gənclərə geridönüşüm üçün hazırladıqları layihə haqda məlumat veriblər. Qeyd edək ki, “Robotexnika Klubu” sözügedən layihəni Türkiyədə keçirlən “Texnofets” festivalına təqdim edib.


